AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

NƏŞRƏ DAİR TƏLƏBLƏR

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ!
NƏŞRƏ DAİR TƏLƏBLƏR:

1. Beynəlxalq “Türkologiya” jurnalına çap üçün materiallar (məqalə, resenziya, icmal və s.) Azərbaycan, türk, rus və ingilis dillərində çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə (turkologiya2016@mail.ru) qəbul edilir.

2. Dərc olunacaq məqalələrə görə müvafiq elmi sahə üzrə elmlər doktorunun rəyi tələb olunur.

3. Məqalələrin həcmi 15, resenziya və digər yazıların həcmi isə 7 vərəqdən (A4) artıq olmamalıdır (şrift: Times New Roman – 14, interval: 1,5, sol kənar 3 sm, sağ kənar 1,5 sm, yuxarı hissə 2 sm, aşağı hissə 2 sm).

4. Məqalənin adı altında müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi və e-mail ünvanı göstərilməlidir.

5. Məqalənin sonunda 3 dildə 150-200 sözdən ibarət xülasə (məqalənin adını yazmaq şərtilə) və açar sözlər verilməlidir və hər 3 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.

6. Məqalələrin qəbulu üçün son 5-10 ilin elmi əsərlərinə istinadlar vacibdir.

7. Məqalələrin sonunda verilən ədəbiyyat siyahısı istifadə ardıcıllığına görə nömrələnməli və mətndə işarələnməlidir (məsələn; [1] və ya [1.S.21]).

8. Tərcümə məqalələri müəllifin icazəsi və ya aktuallığını təsdiqləyən sənəd əsasında qəbul edilir.

9. Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur.

10. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc olunmur.

Məqalələrin nəşri pulsuzdur.

Əlyazmalar geri qaytarılmır.

Materialların məzmunu müəllifin şəxsi mövqeyini əks etdirir.

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.