AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 

MƏSUL KATİB

Elçin İbrahimov

Elçin İbrahimov ( Elçin Əli oğlu İbrahimov ; 1985 , Nehrəm , Naxçıvan MSSR ) — türkoloq alim, Türk Dil Qurumunun müxbir üzvü, "Türk dünyasına xidmət", "Lev Tolstoy" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, filologiya üzrə fəlsəfə doktoru.

Həyatı

Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir..

2016-cı ildən AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibidir. 2017-ci ildə " Türklər " arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiridir. Elçin İbrahimov tərcümə və redaktə fəaliyyəti ilə də məşğul olur. 2019-cu ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə seçim turlarında iştirak etmiş və seçim turlarını uğurla keçərək "Azərbaycan dilindən türk dilinə, Türk dilindən Azərbaycan dilinə" ictimai-siyasi sahələr üzrə tərcüməçi sertifikatı almışdır. Elçin İbrahimovun redaktəsində və tərcüməsində bir çox kitab işıq üzü görmüşdür.

Kitabları

Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri Bakı: XAN nəşriyyatı, 2018, 208 səh.
Türk xalqları ortaq əlifba, imla və ünsiyyət dili, Monoqrafiya,Bakı: Mütərcim, 2017, 184 səh.
Türk xalqları ortaq əlifba, imla və ünsiyyət dili, Düzəlişlər və əlavələr edilmiş II nəşr-Kitab, Bakı: Elm və təhsil, 2018, 200 səh.
Azərbaycan Qəhrəmanlıq Salnaməsində Nehrəmli Şəhidlər, Kitab, Bakı: Maks Ofset, 2019, 67 səh.
Şeyxülislam Yehya Efendi Divanının Söz Varlığı, Kitab-monoqrafiya, Türk Edebiyatı Vakfı Yayınları, İstanbul-Türkiyə, 2019, 127 səh.

Tərcümələri

Dmitri Qlukovski. Metro 2033 (roman), Hədəf nəşriyyatı, 2013, 656 s.
Ahmet Haldun Terzioğlu. TomrisXan (roman).Xan nəşriyyatı, 2016, 376 s.
Mustafa Yörü. İsaqquşu (tarixi roman).Xan nəşriyyatı, 2016, 509 s.
Aynur Tutqun. Həyatda gözardı edilməyəcəklər: Ailə v əuşaq. İpəkyolu nəşriyyatı, 2016, 176 s.
Bahəddin Ögəl. Türkmifologiyası, II cild. Türk düşüncə və gələnəyində dağlar,
Ustad jurnalı, № 2, 2017, s. 90–93.
Namiq Kamal Zeybək. Türk inancı Tanrı. TEAS Press, 2018, 127 s.
Aleksandr Düma.Qarazanbaq. Libra kitab, 2019, 160 s.

Mükafat və təltifləri

2016-cı ildə Türkiyə Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən "Xoca Əhməd Yəsəvi" medalı ilə təltif edilmiş.
2016-cı ildə Səmərəli elmi fəaliyyətinə görə, AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "İlin gənc alimi" mükafatına layiq görülmüşdür.
2018-ci ildə Kazan Federal Universiteti tərəfindən "Lev Tolstoy medalı" ilə təltif edilmişdir.
2019-cu ildə Almaniyada fəaliyyət göstərən "Türklərin Dünyası" beynəlxalq təşkilatı tərəfindən "Türk dünyasına xidmət" medalı ilə təltif olunmuşdur.

Daha ətraflı aşağıdakı keçiddən bilgi ala bilərsiniz.

https://az.wikipedia.org/wiki/El%C3%A7in_%C4%B0brahimov_(t%C3%BCrkoloq)

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.