AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Haqqımızda
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
 

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və “Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib. Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, “Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.

“Türk dünyasını ancaq dilçilik istiqamətindən götürmək azdır”-deyən rektorun sözlərinə görə, jurnal tarix, ədəbiyyat, incəsənət, mifologiya, psixologiya və yazılı abidələri öyrənməklə türk dünyasının ən müxtəlif yönlərdə təzahür edən intellektual istiqamətlərini əhatə edir. K.Abdulla həmçinin jurnalın coğrafiyası, onun fəaliyyətinin genişləndirilməsi istiqamətində qarşıda duran məsələlər, jurnalda mütəmadi yer alan rubrikalar və onların qarşılıqlı əlaqələrinin təmin edilməsinin mahiyyəti, türk, rus, german, roman dilləri arasında əlaqələrin qurulması zərurəti haqqında ətraflı məlumat verib.

Çıxışının sonunda rektor hər kəsi jurnal ətrafında birləşməyə səsləyib, dəyirmi masaya qatılan iştirakçılara təşəkkürünü bildirib.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, “Türkologiya” jurnalının baş redaktorunun müavini, akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov və digər çıxışçılar “Türkologiya” jurnalının yaranması, fəaliyyəti, əhəmiyyəti və hədəfləri barədə fikir və təkliflər səsləndiriblər. K.Abdulla baş redaktor təyin olunandan sonra jurnalın coğrafiyası, nüfuz dairəsinin genişləndiyi, mövzu müxtəlifliyi və yeniliklərin özünü büruzə verməyə başladığı bildirilib. Həmçinin jurnalın xarici dillərdə nəşr olunmasının onun əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradacağı vurğulanıb, ədəbi abidələr, tarix və fəlsəfə, mifologiya məsələləri, türk yazı sistemi problemləri haqqında fikir mübadiləsi aparılıb.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

 
 
 
 
Faydalı linklər
 
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.