AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Haqqımızda
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
 

“Türkologiya” jurnalı beynəlxalq uğur qazandı

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.

Bununla bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, "Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan "Türkologiya" jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı bu ilin oktyabr ayında SAJİ indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb və jurnal ilkin olaraq SAJİ-nin 1,765 indeksinə layiq görülüb. SAJI Hollandiyada fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. SAJİ-nin əsas xidməti müəlliflər üçün elmi məqalənin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda onlara köməklik göstərməyindən ibarətdir."
AMEA - a Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilib.
Jurnalla bağlı daha ətraflı məlumatı jurnalın elektron adresindən ("www.turkologiya.org") əldə etmək mümkündür.

 
 
 
 
Faydalı linklər
 
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.