AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
ƏZİZ OXUCU!

Jurnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə bu perspektiv elmi istiqamətlər jurnalın səhifələrində öz əksini tapacaqdır. Həm redaksiya heyətinin, həm də beynəlxalq məsləhətçilərin sırasının genişlənməsi jurnalın bu konseptual yenilənməsinin nəticəsidir.

Bununla yanaşı özümə borc bilirəm ki, türkoloji cameəyə üz tutub soruşum:

* Bu gün hansı elmi problemin araşdırılmasını zəruri sayırsınız?

* “Dəyirmi masa” formatında türkoloqların görüşməsinə ehtiyac varmı?

* Bu görüşlərdə müxtəlif türkoloji sahələrin nümayəndələrini bir yerə yığmaq barədə nə düşünürsünüz?

* Hansı prioritet türkoloji istiqamətlərin dərindən öyrənilib təbliğ və təşviq edilməsi vacibdir?

* Dünya türkoloji mərkəzlərinin birbiri ilə davamlı şəkildə əlaqə qurmasına necə baxırsınız və bunun üçün nə etmək lazımdır?

* Türkoloji məkanla digər elmi məkanlar (germanistika, slavistika, romanistika, iranistika, sinologiya, afrikanistika, qədim və ölü dillər və mədəniyyətlər və s.) arasında möhkəm elmi bağlar yaratmağa hazırıqmı?

Bu və digər bu kimi suallar öz cavabını gözləyir. Jurnal öz elmimetodoloji siyasətini məhz bu nəzəri problemlərin işıqlandırılması üzərində qurmağı planlaşdırır və öz fəaliyyətində, əsas etibarilə, ümumidən təkcəyə gəlməyə çalışacaq. Eyni zamanda müxtəlif sahələr üzrə türkoloji araşdırmaların aktuallığından çıxış edərək konkret məsələlərin də üzərinə işıq salmaq, onları ümumi nəzəri müstəvinin bir hissəsinə çevirmək məqsədimizi də gerçəkləşdirməyə çalışacağıq.

Türkologiyanı təkcə türkoloqlar üçün deyil, bütün elm sahələrinin nümayəndələri üçün maraqlı və oxunaqlı edək. Bunu biz yalnız birlikdə edə bilərik. Yaşadığı ölkədən asılı olmayaraq bütün türkologiyasevərlər bir yerdə!

Hörmətlə,
Kamal Abdullayev

 
 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.