AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
01.07.2021

“Türkologiya” jurnalının 2021-ci il üçün 1-ci sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 1-ci sayı (2021) artıq nəşr olunub.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 1-ci sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu sayında İmre Paçainin “Macar dilinin qafiyəli təkrirlərində türk təsirinin əksi”, Xalidə Metenin “Ümumtürk dastanlarında “qırx ərən”, “at” və “silah” motivləri”, Möhsün Nağısoylunun “Orta əsr Azərbaycan-türk əlyazmalarının bəzi imla xüsusiyyətləri” adlı məqalələri başda olmaqla bir çox orijinal araşdırmalara yer verilib.
Junralın 1-ci sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, yazılı abidələr, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstanın elmi mərkəzlərindən göndərilmiş maraqlı elmi araşdırmalar dərc edilmişdir. Məqalələrdən bir neçəsini nümunə verək: S.İ.İqilikova, M.M.Malbəkov, S.Ş.Mədiyev. “Dilin tarixi lüğətində on iki illik təqvimdə heyvan adları (Musel)” (Qazaxıstan); Yılmaz Özkaya. “Tərcüman” qəzetində çuvaşlar və İsmail Qaspıralının qeyri-müsəlman türklərə baxışı” (Türkiyə); Yelena Oqanova. “Müasir Rusiyada türk dilinin öyrənilməsi (universitet təhsili)” (Rusiya) və s.
Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 2 dəfə, 6 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.