AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
15.10.2020

“Türkologiya” jurnalının 2020-ci il üçün 3-cü sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 3-cü sayı (2020) artıq nəşr olunub.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verərək bildirib ki, “Türkologiya” jurnalının 3-cü sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk və rus dillərində elmi məqalələr dərc olunub. O qeyd edib ki, jurnalın bu sayında Əhməd Cəfəroğlunun “Azərbaycan və Anadolu dialektlərində monqol mənşəli ünsürlər”, İmre Paçainin “N.A.Baskakovun rus frazeologiyasında türk izləri haqqında nəzəriyyəsinə dair yeni məlumatlar”, Əhməd Sami Elaydinin “Hüseyn Cavidin “İblis” faciəsi (insanlıq fəlsəfəsi, ədalət və həqiqət axtarışları kontekstində)”, Xəzər Zeynalovun “Azərbaycan təsviri sənətində Atatürk obrazı” başda olmaqla bir çox orijinal məqalələrə yer verilib.
Junralın 3-cü sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət rubrikalarında Misir, Macarıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar dərc edilmişdir. Məqalələrdən bir neçəsini nümunə verək: Muradgeldi Soyeqov. Qızıl Ordanın Çingiz xanədanı nə üçün özünü Turan hökmdarı Əfrasiyabın davamçısı hesab edirdi? (stereotipləri pozmağa daha bir cəhd)” (Türkmənistan); Baxtiyor Abduşukurov. “Rabquzinin “Qisəsül-ənbiya” əsərindəki bəzi sözlərin semantik izahı” (Özbəkistan), Minara Aliyeva Çinar. “Ədhəm Tenişev və Lobnor dialekti” (Türkiyə) və s.
Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.