AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
04.07.2019

“Türkologiya” jurnalının 2-ci sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2-ci sayı (2019) çapdan çıxıb.
Jurnalın məsul katibi, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, “Türkologiya” jurnalının bu sayına Azərbaycan, rus və türk dillərində Azərbaycan, Türkiyə, Albaniya, Rusiya, Fələstin, Yaponiya və Çin türkoloqlarının türkologiyanın müxtəlif sahələrinə aid məqalələri daxil edilib.
Elçin İbrahimov onu da qeyd edib ki, jurnalın bu sayında “Klassik irs – Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr”, “Tarix və etnoqrafiya”, “Müzakirə və diskussiya” rubrikalarında türk runik yazılı abidələrinin öyrənilməsində V.V.Radlovun göstərdiyi xidmətlərə, türk xalqları ədəbiyyatında əruz vəznli vücudnamələrə, “Aşıq Qərib” hekayəsinin yeni tapılmış bir variantına, uyğur dastançılıq ənənəsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. O əlavə edib ki, jurnalın “Müzakirə və diskussiya” rubrikasında Qorqudşünaslığa aid əlamətdar bir hadisə haqqında üç məqalə dərc olunub. Belə ki, bu rubrikada “Kitabi-Dədə Qorqud”un yeni tapılmış 13-cü boyu ilə bağlı türkiyəli professorların araşdırmaları verilib.
“Elmi həyat” rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər haqda məlumat verilib. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.  
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.