AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
19.04.2019

“Türkologiya” jurnalının 1-ci sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 1-ci sayı (2019) çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya (Başqırdıstan), Macarıstan və Özbəkistan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub.
O həmçinin qeyd edib ki, jurnalın bu sayında “İmadəddin Nəsimi – 650”, “Klassik irs – Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş dəyərli bir araşdırma, dövlət məclisi və qurultaya, Türkiyə türkcəsi və Azərbaycan dilinin qarşılıqlı anlama aspektindən leksik müqayisəsinə, Azərbaycan dilinin milli korpusunun yaradılmasına, “Vərqa və Gülşa” məsnəvisinin yeni nüsxəsinə, başqırd mifologiyasına, Macarıstandakı türk mətbəxinə və M.T.Zehtabinin “İran türklərinin əski tarixi” kitabında Azərbaycan məsələsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib.  
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.