Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 
22.10.2018

“Türkologiya” jurnalının 3-cü sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 3-cü sayı işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun verdiyi məlumata görə, “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq, Qazaxıstanlı alimlərinin məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Müzakirə və Diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq. 

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.