Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu


"TÜRKOLOGİYA"

 
   

Baş səhifə

Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Saylarımız
Nəşrə dair tələblər
Abunə
Arxiv
Əlaqə
   
   
 
14.03.2018

“Türkologiya” jurnalının 2018-ci il üçün birinci sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün 1-ci sayı işıq üzü görüb.
“Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, ABŞ, Qırğızıstan, Türkiyə, Rusiya, Macarıstan, Litva, Özbəkistan alimlərinin məqalələri yer alıb.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Klassik İrs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Tarix və etnoqrafiya”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə (mart, iyun, sentyabr, dekabr aylarında), nəşr olunur. Jurnalın 2018-ci il növbəti sayları üçün məqalə qəbulu davam edir.

Baş redaktordan



Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.