AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
16.12.2017

“Türkologiya” jurnalının növbəti seminarı keçirilib

15 dekabr 2017-ci ildə “Türkologiya” jurnalının nəzdində növbəti beynəlxalq seminar keçirilib.

Bu dəfəki seminarın qonağı Rusiya Federasiyası Ural Federal Universitetinin professoru Aleksandr Nesterov idi. Professor A.Nesterov “Türk dünyası və Avropa Birliyi: Qlobollaşan dünyada elmi əlaqələr” mövsuzunda məruzə ilə çıxış edib.

Seminarda AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik Möhsün Nağısoylu, professor Aydın Ələkbərov, Məsud Mahmudov, i nstitutun kompüter dilçiliyi şöbəsinin müdiri professor Kamilə Vəliyeva, direktor müavini Baba Məhərrəmli, elmi katib Aynel Məşədiyeva, institutun əməkdaşları Aytəkin Ələkbərova, Aytən Bəylərova, Nəzakət Qazıyeva, Rasim Heydərov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimləri Arzu Məmmədova, Elvira Lətifova, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və jurnalın əməkdaşları iştirak ediblər.

Əvvəlcə jurnalın baş redaktorunun müavini, Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu professor Aleksandr Nesterov elmi fəaliyyəti və jurnalın nəzdində keçirlən seminarın əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

“Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxışında seminar haqqında iştirakçıları ətraflı məlumatlandırıb. E.İbrahimov qeyd edib ki, ““Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullayevə məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullayevin təşəbbüsü ilə beynəlxalq məsləhətçilərin iştirakı ilə keçirilmişdir və bu ilk addım artıq ənənəyə çevrilib.”

Daha sonra seminar öz işini professor A.Nesterovun məruzəsi ilə davam etdirib. Professor A.Nesterovun siyasət, iqtisadiyyat, tarix və elmlə bağlı irəli sürdüyü orijinal fikirlər və Avropa Birliyinin türk dünyası ilə münasibətlərinin bütün aspektlərdə təhlili iştirakçılarda böyük maraq oyadıb və mövzu ilə bağlı sualların yaranmasına yol açıb. Professor A.Nesterov Avropa Birliyinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Türkmənistan və d. türkdilli ölkələrə münasibəti, qloballaşma dövrünün türk dünyasının mənəvi dəyərlərinə təsirləri və bu məsələlərdə Rusiyanın mövqeyi ilə bağlı suallara xüsusilə ətraflı cavab verib. Məruzənin sonunda professor A.Nesterov seminar iştirakşılarına təşəkkürünü bildirərək ölkəmizi çox sevdiyini və Azərbaycana olan marağının onun tarixini araşdırmağa sövq etdiyini vurğulayıb.
Seminarın sonunda mövzu ilə əlaqədar müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, A. Nesterov həm də “Türkologiya” jurnalının beynəlxalq redaksiya heyətinin tarix üzrə üzvüdür.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.