AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

17.2.2014

NEKROLOQ

SEYİDOV YUSİF MİR ƏHMƏD OĞLU
(1929-2013)

Azərbaycan dilçiliyinə ağır itki üz vermişdir. Filologiya elmləri doktoru, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Yusif Mir Əhməd oğlu Seyidov 2013-cü il noyabrın 18-də 84 yaşında vəfat etmişdir.
Yusif Mir Əhməd oğlu Seyidov 1929-cu ildə Naxçıvan MR Şərur rayo- nunun Yengicə kəndində kəndli ailəsində anadan olmuş, NDMİ-nin tarix-filologiya fakültəsini (1946), ADU-nun fılologiya fakültəsini (1952) bitirmiş, dilçilik ixtisası üzrə aspirant olmuş (1952-1955) və 1965-ci ildə universitet- də təşkil edilmiş Azərbaycan dili və onun tədrisi metodikası kafedrasnın ilk müdiri seçilmişdir. 35 ildən artıq həmin kafedraya rəhbərlik etmişdir.
Y.M.Seyidov 1956-cı ildə «Azərbaycan dilində feli bağlama tərkibləri» mövzusunda namizədlik, 1966-cı ildə «Azərbaycan dilində söz birləşmələri»
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 10 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 150 qədər elmi məqalənin, çoxlu publisistik məqalələrin müəllifidir.
Türkologiyada əsasən sintaksis mütəxəssisi sayılır və bu sahədə ən görkəmli türkoloqlar sırasına daxil edilir (Вопросы языкознания 1977 №3, с.17). Dilçiliyin digər sahələrinə aid araşdırmalar aparmışdır. Əsərləri orijinallığı, elmi-nəzəri səviyyəsi ilə fərqlənir. O, feli tərkiblərin budaq cümlələrlə eyniləşdirilməsinin obyektiv və subyektiv səbəblərini müəyyələşdirmiş, bunun cümlə ilə fikrin, dil ilə təfəkkürün, forma ilə məzmunun eyniləşdirilməsi ilə əlaqədar olduğunu qeyd etməklə, belə bir nəticəyə gəlmişdır: tərkiblər qeyri-predikativ konstruksiyalar olub nitqə cümlə kimi deyil, söz birləşməsi kimi daxil olur.
Y.M.Seyidov sintaktik əlaqələrin elmi əsaslarla geniş tədqiqini verməklə, tabesizlik və tabelilik əlaqələrinin bütün sintaktik vahidlər üzrə təzahür hallarını müəyyən etmiş, bu barədə dilçilik üçün yeni fikirlər irəli sürmüş, ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında qarşılıqlı tabelilik əlaqələrinin olmasını, sadə cümlənin şəxsə görə növlərinin xəbərlərinin uzlaşma sistemini müəyyənləşdirmiş dilçilikdə hökm sürən bir müddəaya rəğmən türk dillərində adlıq cümlənin yalnız mübtədanın deyil, xəbərin kütləsi əsasında da formalaşdığını qeyd etmişdır. Türkologiya söz birləşmələrinin bütün aspektlər üzrə geniş tədqiqi də Y.M.Seyidovun adı ilə bağlıdır. Alimin iki dəfə nəşr edilmiş «Azərbaycan dilində söz birləşmələri» monoqrafiyası bu sahədə türkologiyada ən etibarlı elmi mənbə hesab edilir.
Y.M.Seyidov morfologiya məsələləri ilə ciddi məşğul olumuşdur. Bu sahədə qoyduğu və aydınlıq gətirdiyi problemlər: sozün kokü və əsası məsələsi, morfologiya və söz yaradıcılığı, nitq hissələri ümumdil hadisəsi kimi; nitq his- səsi və cümlə üzvü problemi; nitq hissələri nitq yox, dil kateqoriyalarıdır; söz leksik vahid kimi, söz nitq hissəsi kimı və s.
Y. Seyidov ədəbi dil tarixi və tarixi qrammatika məsələləri ilə də məşğul olmuşdur: XIII-XVIII əsrlər Azərbaycan şer dilinin inkişaf sistemini vermiş, «Kitabi-Dədə Qorqud» dastanı və onun dili haqqında məqalələrin, «Nəsiminin dili» monoqrafiyasının müəllifidir.
Dilə dair əsərlərinin fəlsəfi yönümü və nəzəri istiqaməti olmaqla bərabər, Y.Seyidovun dilçiliyin sırf nəzəri problemlərinə aid də əsərləri var: «Dilin daxili inkişaf qanunları», «Dilçilikdə söz birləşməsi problemi», «Что такое синтагма, чем она отличается от словосочетания?» və s.
Y.M.Seyidov müntəzəm olaraq, «Yazıçı və dil» problemi ilə məşğul olub; VII əsrdən 1990-cı illərə qədər Azərbaycan yazıçılarının dil haqqında mülahizələrinin elmi tədqiqini verən beş monoqrafiya çap etdirmişdir. Ədəbi- bədii dil haqqında, ədəbiyyata aid onlarla məqalənin müəllifidir, bunların bir qismi onun «Ədəbi tənqid və bədii dil» kitabında toplanmışdır.
Görkəmli dilçi alim, xeyirxah və nəcib insan professor Yusif Mir Əhməd oğlu Seyidovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır

«TÜRKOLOGİYA» JURNALININ REDAKSİYA HEYƏTİ

 
 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.