AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
28.4.2017

“Türkologiya” jurnalının akademik Ağamusa Axundova həsr olunmuş növbəti seminarı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası” keçirilən konfrans çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu türkoloq alimlərinin iştirakı ilə AMEA Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü əsasında yaradılan seminarın növbəti toplantısı olub.


Toplantıda İstanbul Universitetinin türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Osman Fikri Sərtqaya, professor Ayşəgül Sərtqaya, Qazaxıstan Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Erden Kajibekov, Ege Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru Fikrət Türkmən, Bilkənt Universiteteinin professorları Rasim Özyürek, Hamza Zülfükar, Misirin Eyn-Şəms Universitetinin professoru Muhammed Haridi, AMEA humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Akademiyanın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri Aygül Hacıyeva, Bakı Dövlət Universitetinin professorları Ramiz Əsgər, Cəlil Nağıyev, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və başqaları iştirak ediblər.

Seminara, həmçinin Bakı Dövlət Universiteti, Mühəndislik Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetinin “SABAH” qruplarının üzvləri olan tələbələr də qatılıb.
Əvvəlcə “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi Ağamusa Axundovun elmi fəaliyyətindən danışaraq bildirib ki, alim Azərbaycan dilinin və ədəbiyyatının xarici ölkələrdə təbliği sahəsində işlərin başlanğıcını qoyub.


“Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb. O, uzun illər A.Axundovun rəhbərlik etdiyi bu jurnalın hazırda ideya istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. K.Abdullayev qeyd edib ki, AMEA-nın rəyasət heyətinin müvafiq qərarından sonra jurnalda yalnız dilçilik istiqamətində deyil, həm də fəlsəfə, ədəbiyyat, tarix, folklor, mifologiya və s. istiqamətdə də yazılar çap olunur. Jurnalın tərkibi daha da genişlənib, həmçinin dərginin beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünas və digər sahələrdən olan mütəxəssislər daxil edilib.


Daha sonra K. Abdullayev seminarın məqsədi haqda məlumat verərərk bildirib ki, “Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir.


Çıxışının sonunda akademik Kamal Abdulla görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Daha sonra çıxış edən İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya, Ege Universitetinin professoru Fikrət Türkmən türkologiya sahəsində toplanmış bilik və təcrübənin gələcək nəslə ötürülməsi baxımından seminarın təşkilini yüksək qiymətləndirib və akademik Ağamusa Axundov haqda xatirələrini dilə gətirib, həmçinin akademikin türkologiya sahəsindəki zəngin fəaliyyəti ilə bağlı seminar iştirakçılarına məlumat veriblər.


Qonaqlardan Qazaxıstan EA-nın Dilçilik İnstitutunun direktoru Erden Kajibekov, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın, Bilkənt Universitetinin professorları Rasim Özyürek, Hamza Zülfükar, misirli professor Muhammed Haridi və digər çıxış edənlər də görkəmli alim Ağamusa Axundovun elmi və pedaqoji fəaliyyəti, elm təşkilatçısı və Azərbaycan dilçilik elmini dünyada təmsil etməsi baxımıdan gördüyü əvəzsiz işlər haqda fikirlərini bildiriblər.

 
 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.