AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
17.1.2017

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

 

Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş

“AĞAMUSA AXUNDOV VƏ AZƏRBAYCAN FİLOLOGİYASI”

mövzusunda

BEYNƏLXALQ KONFRANS

 

24-25 aprel 2017-ci ildə akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

 

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:

 

•  Dilçilik nəzəriyyəsi

•  Fonetika məsələləri

•  Dil və üslub məsələləri

•  Ədəbiyyat və ədəbi dil məsələləri

•  Türkologiyanın aktual problemləri

•  Dil tarixi və qrammatika

 

İştirakla bağlı məlumat və məqalə elektron formada 15 fevral 2017-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

E-mail: a.akhundof85@gmail.com

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis dilləri.

 

Konfransın təqvimi:

 

Məqalələrin göndərilməsi üçün son tarix

15 fevral 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

25 fevral 2017-ci il

Konfransın plenar iclasının açılış mərasimi

24 aprel 2017-ci il

 

Bölmə iclasları

24 aprel 2017-cı il

Konfransın bağlanış mərasimi

25 aprel 2017-ci il

 

FORMA 1

 

Məqalənin tərtibi qaydaları:

 

•  Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

 

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

 

Məqalənin strukturu:

 

1. Müəllifin soyadı, adı, atasının adı , elmi dərəcəsi qalın şriftlə

2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə

3. Təşkilat və şəhərin adı adi şriftlə

 

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.

 

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1073. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, e-mail: a.akhundof85@gmail.com , Telefon: (+99412) 5372083

          

  İştirak forması endirin

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.