AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Haqqımızda
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
22.12.2016

“Türkologiya” jurnalının nəzdində növbəti seminar keçirilib

15 dekabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçirilib. Seminarda AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Elbrus Əzizov, AMEA Dilçilik İnstitutunun şöbə müdirləri Aygül Hacıyeva, İnstitutun əməkdaşlar Kamilə Vəliyeva, Sayalı Sadiqova, Sevinc Əliyeva, İsmail Məmmədli, Bakı Avrasiya Universitetinin türk və xarici ölkə filologiyası kafedrasının müdiri Elmira Məmmədova, AMEA Tarix İnstitutunun əməkdaşı Zaur Həsənov, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov və başqaları iştirak ediblər.

Seminara, həmçinin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti və Bakı Avrasiya Universitetinin “SABAH” qruplarının üzvləri olan tələbələr də qatılıb.
Budəfəki seminda görkəmli Türkiyəli alim, professor Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi” kitabı müzakirə və təhlil edilib.
Seminar-məşğələ professor Elbrus Əzizovun moderatorluğu ilə baş tutub.

Əvvəlcə “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov seminar iştirakçılarını salamlayaraq onlarla olan bu görüşdən məmnunluğuni dilə gətirdi. E.İbrahimov iştirakçılara seminar haqqında məlumat verərək seminarın əsas məqsədinin türkologiya elminin nailiyyətlərini və problemlərini görkəmli türkoloqların birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Sonra çıxış edən AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu “Türkologiya” juranlının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verərək bildirdi ki, “Türkologiya” jurnalı AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra öz tərkibini daha da genişləndirmiş, həmçinin jurnalın beynəlxalq məsləhətçilər sırasına dünyanın müxtəlif ölkələrindən, müxtəlif elm sahələrindən dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünaslıq və s. sahələrdən olan mütəxəssislər daxil edilib. M.Nağısoylu vurğuladı ki, “Bu il ərzində müxtəlif xarici ölkələrdə elmi ezamiyyətlərdə olmuşam və konfranslarda iştirak etmişəm. Bu ezamiyyətlər zamanı həm “Türkologiya” jurnalının təbliğatını aparmışıq, həm də getdiyimiz bir çox ölkələrdə jurnal haqqında xoş sözlər eşitmişik. Bir jurnalın təkbaşına bu şəkildə yüksək səviyyəli seminarların keçirməsi təbii ki, yüksək təşkilati düşüncəyə sahib olan jurnalın baş redaktoru akademik Kamal Abdulla kimi elm adamına xas ola bilər. Çünki akademik Kamal Abdulla jurnala baş redaktor təyin olunandan sonra jurnalın həm rubrikalarında həm də jurnalda çap olunan məqalələrdə ciddi dəyişikliklər oldu. Və bu gün artıq üç sayı çap olunan jurnalda biz bunları açıq şəkildə görə bilirik. Bugünkü seminarın mövzusu da çox aktual problemə və türkologiyada yeni səhifələr açan çox dəyərli bir əsərin müzakirəsinə həsr olunub. Düşünürəm ki, bu seminar da tükologiya elminin inkişafına öz töfhəsini verəcəkdir”.

Daha sonra seminar öz işinə professor Elbrus Əzizovun “Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi” kitabı haqqında məruzəsi ilə davam etdi. Kitab haqqında iştirakçılara geniş məlumat verən E.Əzizov kitabın “Giriş” fəslində “Türk dillərinin dünya dilləri arasındakı yeri”, “Altay dilləri nəzəriyyəsi”, “Böyük dil ailələri nəzəriyyəsi”, “Nostratik nəzəriyyəsi”, “Avrasyatik nəzəriyyəsi” bölmələri haqda danışaraq, bu gün də türkologiya elmi üçün maraqlı olan bir çox məqamlara aydınlıq gətirdi. E.Əzizov kitabın sonrakı fəsilləri haqqında danışaraq, dünya dillərinin təsnifatından, türkləri ən qədim ana yurdları və ən qədim qonşuları, Şümer-Türk əlaqələrindən, türklərin əvvəlki qədim ənənələrindən, saklarla türklərin tarixi əlaqələrindən, “Alp-Ər Tonqa” dastanından, Asiya hunları, “Oğuz Kağan dastanı”, Asiya hunları və türk dil əlaqələrindən, Türküstanda, Əfqanıstanda və Hindistanda yaşayan türklərdən, Avropa hunları və türk dil əlaqələrindən, Göytürklərdən, Göytürklər və türk dilindən, Orxun-Yenisey daş kitabələrindən, Uyğur əlifbasından, qaraxanilərdən, qaraxanilər və türk dili əlaqələrindən və s. mövzularda seminar iştirakçılarına geniş məlumat verdi.
Seminarın sonunda türkoloq alim seminar iştirakçılarının və tələbələrin suallarını cavablandırıb.

 
 
 
 
Faydalı linklər
 
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.