AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
6.10.2016

“Türkologiya” jurnalının bu il üçün 2-ci sayı işıq üzü görəcək

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün 2-ci sayı yaxın günlərdə işıq üzü görəcək.
“Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxstan, Almaniya və Azərbaycan alimlərinin məqalələri yer alır. Oxucu dilçilik, folklor, tarix və digər sahələrdə diqqətəlayiq elmi nümunələrlə qarşılaşacaq.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.