AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
3.3.2016

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

QƏRAR

 

Bakı şəhəri 2015-ci il

AMEA-nın “Türkologiya” jurnalının təsisçisi və redaksiya heyətinin yeni tərkibi haqqında

“Türkologiya” jurnalı XX əsrin ikinci yarısından sonra Azərbaycanda və türk dünyasında türkologiya elminin inkişafında müstəsna rol oynamışdır. Əsasən filoloji elmi istiqamətlər üzrə fundamental elmi məqalələrin nəşrini həyata keçirən jurnal uzun illər ərzində bu sahədəki nüfuzlu mütəxəssislərin əsas tribunası funksiyasını yerinə yetirmişdir. Son illər AMEA-da həyata keçirilən islahatlar, eləcə də ictimai və humanitar elm sahələrində baş verən sürətli dəyişikliklər “Türkologiya” jurnalının işinin müasir tələblər səviyyəsində yenidən təşkili zərurətini yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRARA ALIR:

•  “Türkologiya” jurnalının təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti müəyyən olunsun.

•  Jurnalın yalnız dilçilik elmi üzrə yox, digər elm sahələri, xüsusən də Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin əhatə etdiyi sahələr üzrə nəşr edilməsi məqsədəuyğun hesab edilsin.

•  Akademik Kamal Abdullayev “Türkologiya” jurnalının Baş redaktoru vəzifəsinə təyin olunsun.

•  “Türkologiya” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiq edilsin (əlavə olunur).

•  Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilsin.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.