AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

23.12.2015

  “TÜRKOLOGİYA” JURNALININ 2015-ci İL HESABATI

2015-ci ildə “Türkologiya” jurnalının I-ci 2-ci və 3-çü nömrələri çapdan çıxıb. Hal-hazırda redaksiyada jurnalın 4-cü nömrəsinin üzərində işlər bitməkdədir . 2015-ci ildə nəşr olunan jurnalların ümumi həcmi 59,5 cap vərəqidir.

Aşağıdakı cədvəldə “Türkologiya” jurnalın “Elm” nəşriyyatına təqdim olunması və çapdan çıxma tarixləri göstərilib.

Jurnalın sayı

Nəşriyyata təqdim olunub

Çapdan çıxıb

Müddət

№ 1. 2015

15.03. 2015

15.04.2015

1 ay

№ 2. 2015

08.06. 2015

22.07.2015

1 ay 14 gün

№ 3. 2015

06.11. 2015

01.12.2015

1 ay

№ 4. 2015

10.12.2015 tarixində nəşriyyata çapa təqdim edilib

Cari ilin saylarında yer alan rubrikalar aşağıdakılardır: dilin strukturu və tarixi, folklor, ədəbiyyat, mədəniyyət, müzakirələr, materiallar və məruzələr, resenziyalar, xronika, personalia, nekroloq.

Jurnalın web-saytı (turkologiya.org) fəaliyyətini davam edir. Orada çapdan çıxan nömrələr PDF formatında yerləşdirilir. 2015-ci ilin mart ayından “Türkologiya” jurnalının Facebook sosial şəbəkəsində səhifəsi fəaliyyət göstərir. Şəbəkə istifadəçiləri oradan da jurnalı oxuya bilərlər.

Jurnala impakt faktoru qazandıran işlər aparılır. Bu məqsədlə jurnalın saytının yeni peşəkar tərtibat versiyası üzərində işlər aparılır.

“Türkologiya” jurnalının redaksiya heyətinin və sahə redaktorlarının tərkibində qismən dəyişikliklər edilib.

“Türkologiya” jurnalının cari ilin 1-ci sayı – “Sovetskaya türkologiya” və “Türkologiya” jurnallarının 45 illiyinə, 2-ci sayı – unudulmaz türkoloq, ədəbi tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun 70 illiyinə, 3-cü sayı – AMEA-nın 70 illiyinə və hal-hazırda üzərində son işlər apardığımız 4-cü sayı isə – x alq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubiley inə həsr olunmuşdur.

2015-ci ilin 11 ayı ərzində redaksiyaya 46 məqalə daxil olub. (Müqayisə üçün: 2014-cü ildə – 39 məqalə daxil olmuşdur). Bu il də daxil olan məqalələrdən: 36-sı – Azərbaycandan, 11-i isə 8 xarici ölkədəndir.

“Türkologiya”nın cari ildə çapdan çıxan № 1, № 2, № 3 saylarında və capa hazır 4-cü sayında 46 məqalə, 5 resensiya, 4 xronika, 3 nekroloq və 2 personalia var. Onlardan: Azərbaycan dilində – 39, türk dilində – 12, ingilis dilində – 2 və rus dilində – 7 məqalədir. Türkiyədən 3, Cənubi Koreyadan – 1, Bolqarıstandan – 2, Rusiyadan – 1, Gürcüstandan – 2, Ukraynadan – 2, Özbəkistandan – 2 və Qazaxıstandan –2. İl ərzində xaricdən 15 məqalə və məruzə çap olunub. Məqalələrin müəllifləri Zeynep Korkmaz , Şükrü Haluk Akalın , Fikret Türkmen (Türkiyə) , Chong Jэn Oh (Cənubi Koreya). Napil Bazilxan (Qazaxıstan), İvan Dobrev (Bolgarıstan), Х amidulla Dadabayev ( Özbəkistan ) və digərləridir .

Jurnalın carı ilin saylarında İnstitutumuzda çalışan filologiya elmləri doktorları Tofiq Hacıyev, Sevil Mehdiyeva, Sayalı Sadıqova, İdris Abbasov, İlhami Cəfərsoy, Çingiz Qaraşarlı, İsmayıl Kazımov, Nəriman Seyidəliyev, İsmayıl Məmmədli, Məhərrəm Məmmədli və filologiya üzrə fəlsəfə doktorları Vahid Zahidoğlu , Nərgiz Hacıyeva Qüdsiyyə Qəmbərova, Baba Məhərrəmli, Solmaz Süleymanova, Qətibə Mahmudova, Təranə Şükürlü, Elçin Məmmədov, Cahid Kazımov, Nərmin Əliyeva və Şəbnəm Həsənli-Qəribova kimi alimlərimizin məqalələri, resenziya və xronikaları dərc olunmuşdur.

Redaksiyanın portfelində növbəti 2016-cı ildə nəşri nəzərdə tutulan nömrələri üçün cəmi 2 əməkdaşımızın ( Ilhami Cəfərsoy və Yedgar Cəfərovun) məqalələri vardır. Bu fakt redaksiyanı narahat edir. Jurnalımızda çap olunmaq üçün digər qurumlardan və xaricdən müraciətlər çoxdur. Lakin jurnalın beynəlxalq və nəzəri statuslu olmasını, illər ərzində əldə etdiyi nüfuzunu qorumaq məqsədilə jurnalda yalnız elmi dərəcələri olan müəlliflərin məqalələrinə yer verilir. İl ərzində redaksiyaya təqdim olunan 4 ( ikisi - Azərbaycandan, ikisi isə - xaricdən olan) məqaləyə mənfi rəy verilmişdir.

Jurnalın hər sayı 3 dəfə oxunur, düzəlişlər və redaktə edilir. Redaksiyaya daxil olan məqalələr antiplagiat proqramı ilə yoxlanılır. Bu il Azərbaycandan və Özbəkistandan olan 2 məqalədə plaqiatlıq faktları aşkar olunub.

AMEA-nın Fundamental kitabxanası vasitəsi ilə jurnalın hər sayının 50 nüsxəsi xaricə göndərilir. Akademiyanın Fundamental Kitabxanası Rusiyaya və Türkiyəyə jurnalın nüsxələrini göndərmir. Redaksiyanın təşəbbüsü ilə jurnalın sayları Beynəlxalq Türksoy Təşkilatına və Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumuna göndərilir. Eyni zamanda cari ilin sayları müəlliflərə, İnstitutumuzun bütün şöbələrinə və kitabxanaya, “Türkologiya” fakültələri olan Bakı universitetlərinə paylanılır. Bu il Ankara universitetlərində çalışan alimlərə, Türk Dil Qurumuna, Gürcüstanın Kutaisi Universitetinə, Bolqarıstan Elmlər Akademiyasına və digər təşkilatlara göndərilib. Nüsxələr redaksiya tərəfindən aktlar əsasında pulsuz olaraq paylanılır və bunun qeydiyyatı aparılır

“Türkologiya” jurnalının dos. S.Y.Süleymanova baş redaktorunun müavini

18 noyabr 2015-ci il.

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.