|
|
8.1.2014
HÖRMƏTLI TÜRKOLOQLAR!
Nəzərinizə çatdırırıq ki, keçmiş «Советская тюркология» jurnalının varisi olan beynəlxalq elmi “Türkologiya” jurnalı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində öz nəşrini davam etdirir. Jurnalda müasir türkologiyanın, tipologiyanın, nəzəri və tətbiqi məsələlərinnə və eyni zamanda türk dillərinin tarixinə aid məqalələr dərc edilir. Türkologiyanın koqnitiv-, neyro- və psixololinqvistik aspektlərinə həsr olunmuş məqalələr də qəbul edilir.
Jurnalın nəşri və müəllif nüsxəsinin çatdırılması ilə bağlı xərcləri redaksiya öz üzərinə götürür.
e-mail: turkologiya2010@mail.ru
“Türkologiya” jurnalının redaksiyası
|
|
Baş redaktordan
|
|
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir. |
|
|
|
Faydalı linklər |
|
|
|
|
|
|
|
|
|
|
|