AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
16.10.2015

Akademik Tofiq Hacıyev Ankarada

Ankaranın məşhur Hacəttəpə Universitetində “Beynəlxalq Dədə Qorqud konfransı” işə başlayıb.
AzNews.az xəbər verir ki, konfransın günortadan sonrakı iclası görkəmli Azərbaycan dilçisi, türkoloq-alim, AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, "Türkologiya" jurnalının baş redaktoru akademik Tofiq Hacıyevin çıxışı ilə yadda qalıb. O, “Dədə Qorqud yazılı abidəsində üslub özəlliyi” mövzusundakı məruzəsində oğuz-türk xalqlarının müştərək dil sərvəti haqqında danışıb, yeni araşdırmaları ilə bağlı məlumat verib.

Konfransın koordinatoru F.Gülay Mirzaoğlunun AzNews.az-a verdiyi məlumata görə, bu səviyyədə keçirilən elmi konfranslarda Azərbaycan alimlərinin çıxışları həmişə diqqət mərkəzində olur: “Bu dəfə də görkəmli qorqudşünas alim kimi tanıdığımız Tofiq bəy yeni tədqiqatları ilə konfrans iştirakçılarını təəccübləndirə bildi”.

Xatırladaq ki, ənənəvi olaraq keçirilən “Beynəlxalq Dədə Qorqud konfransı”nda Azərbaycan, Orta Asiya, Rusiya Və Avropa ölkələrindən gəlmiş alimlər iştirak edirlər.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.