AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 
28.7.2015

“TÜRKOLOGİYA” JURNALININ HESABATI
(2015-ci ilin 6 ayı üzrə)

2015-ci ilin 6 ayında “Türkologiya” jurnalının I-ci və 2-ci nömrələri çapdan çıxıb. Jurnalın cari ilin 3-cü nömrəsi üzərində işlər aparılır.
Aşağıdakı cədvəldə “Türkologiya” jurnalın “Elm” nəşriyyatına təqdim olunması və çapdan çıxma tarixləri göstərilib.

Jurnalın sayı

Nəşriyyata təqdim olunub

Çapdan çıxıb

Müddət

№ 1. 2015

15.03. 2015

15.04.2015

1 ay

№ 2. 2015

08.06. 2015

22.07.2015

1 ay 14 gün

№ 3. 2015

Hal-hazırda üzərində iş gedir

Jurnalın web-saytı öz fəaliyyətini davam edir. Orada çapdan çıxan nömrələr PDF formatlarında yerləşdirilir. Jurnala impakt faktoru qazandıran işlər aparılır. Bu məqsədlə jurnalın saytının tərtibatı üzərində yeni işlər aparılır.
2015-ci ilin mart ayından “Türkologiya” jurnalının Facebook sosial şəbəkəsində səhifəsi fəaliyyət göstərir.
“Türkologiya” jurnalının redaksiya heyətinin və sahə redaktorlarının tərkibində qismən dəyişikliklər edilib.
“Türkologiya” jurnalının bu ilin 1-ci sayı “Sovetskaya türkologiya” və “Türkologiya” jurnallarının 45 illiyinə, 2-ci sayı unudulmaz türkoloq, ədəbi tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun xatirəsinə, hal-hazırda üzərində çalışdığımız üçüncü sayı isə AMEA-nın 70 illiyinə həsr olunmuşdur.
Cari ilin 6 ayında redaksiyaya 29 məqalə daxil olmuşdur (2014-cü il ərzində müqayisədə 39 məqalə daxil olmuşdur).
2015-ci il ərzində daxil olan məqalələrdən: 8-i xaricdən (Bolqarıstan Özbəkistan, Rusiya, Qazaxıstan), 21-i isə Azərbaycandandır.
Jurnalımızda çap olunmaq üçün müraciətlər çoxdur. Lakin onun beynəlxalq nəzəri statusunu, ən əsası isə illər ərzində əldə etdiyi nüfuzunu qorumaq məqsədilə jurnalda yalnız elmi dərəcələri olan müəlliflərin məqalələrinə yer verilir.
“Türkologiya”nın cari ildə çapdan çıxan 2 sayında 22 məqalə dərc olunub. Onlardan: Azərbaycan dilində – 11, türk dilində – 7 və rus dilində – 4 məqalə təşkil edir. Xaricdən (Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan və Qazaxıstandan) – 7 məqalə və məruzə dərc olunmuşdur.
Jurnalın 1-ci və 2-ci saylarında İnstitutda çalışan Sayalı Sadıqova, İlhami Cəfərsoy, Çingiz Qaraşarlı, İsmayıl Kazımov, Nəriman Seyidəliyev, Baba Məhərrəmli, Solmaz Süleymanova, Qətibə Mahmudova, Elçin Məmmədov, Şəbnəm Həsənli-Qəribova, Təranə Şükürlü və Nərmin Əliyeva kimi alimlərimizin məqalələri, resenziya və xronikaları dərc olunmuşdur. Redaksiyanın portfelində növbəti nömrələr üçün nəşri nəzərdə tutulan İsmayıl Məmmədli, Sevil Mehdiyeva, İsmayıl Kazımov, Cahid Kazımov, Sayalı Sadıqova, İlhami Cəfərsoy, Vahid Adilov, İdris Abbasov və Qüdsiyyə Qəmbərovanın məqalələri də vardır.
Jurnalın hər sayı 2-3 dəfə oxunur, düzəlişlər və redaktə edilir. Redaksiyaya daxil olan məqalələr antiplagiat proqramı ilə yoxlanılır. Bu yoxlamadan keçmə zamanı Azərbaycandan və Özbəkistandan olan 2 məqalə tələbatı ödəmədiyi üçün müəllifə geri qaytarılmışdır.
AMEA-nın Fundamental kitabxanası vasitəsi ilə jurnalın hər sayının 50 nüsxəsi xaricə göndərilib. Jurnalın cari ilin 1-ci sayı Türkiyənin Ankara universitetlərində çalışan bir sıra türkoloqlara, Türk Dil Qurumuna, Gürcüstanın Kutaisi Universitetinə, Bolqarıstan Elmlər Akademiyasına göndərilmiş, 14 ədədi isə aktlar əsasında göndərilərək qeydiyyata salınmışdır.

 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.