AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ

TÜRKOLOGİYA
 
   

Baş səhifə

"Türkologiya" jurnalı bu gün
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Beynəlxalq indekslər
Arxiv
Saylarımız
Türkoloji seminar
Nəşrə dair tələblər
Abunə
Haqqımızda
Əlaqə
   
   
 
Flag Counter
 
23.7.2015

“Türkologiya” jurnalının növbəti sayı işıq üzü görüb

2015-ci ilin iyul ayının 22-də “Türkologiya” jurnalının 2015-ci ilin 2-ci sayı çapdan çıxmışdır.
Bu nömrədə “Dilin strukturu və tarixi”, “Diskussiyalar və müzakirələr”, ”Folklor. Ədəbiyyat. Mədəniyyət”, “Məruzələr”, “Resenziyalar” və “Xronika” rubrikaları yer almışdır.
Jurnalın bu sayı unudulmaz türkoloq, ədəbi tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun xatirəsinə həsr olunmuşdur.
Jurnalda aşağıdakı mövzularda elmi araşdırmalar dərc edilmişdir:
Baba Məhərrəmli (Bakı). Aydın Məmmədovun yaradıcılığında kök sözlər problemi (səh.6).
Qurban Bayramov (Bakı). Aydın Məmmədov - yeni tənqidçi tipi kimi, yaxud gerçəyin nağılı (səh.12).
Nəriman Seyidəliyev (Bakı). Həsən bəy Zərdabi publisistikasının frazeologiyası (səh.26).
Karjaubay Sartkojaulı, Kalban Intıhanulı (Kazakistan). Karı Çor Tigin Anıt Mezar Kitabesi (səh.35).
Рефат Абдужемшев (Украина). Терминология крымскотатарских ярлыков (səh.49).
İslam Sadıq (Bakı). Şumer və türk dillərində bədən üzvlərinin adlarını bildirən terminlər (səh.60).
Abid Tahirli (Bakı). «Can alıb can verəcək məsələ» - ortaq dil problemi (səh.71).
İlhami Cəfərsoy (Bakı). Cənubi Qafqaz və Şərqi Anadolunun xristian-türk abidələri (səh.81).
Sayalı Sadıqova (Bakı). «Dədə Qorqud kitabı»: tariximizin ilk yazılı dərsliyi (səh.97).
Təranə Şükürlü (Bakı). Aydın Məmmədovun xatirəsinə həsr olunmuş elmi sessiya (səh.103).

“Türkologiya” jurnalının bu sayı PDF formatında www.turkologiya.org saytının “Saylarımız” bölməsində yerləşdirilir.

Jurnalın 50 nüsxəsi AMEA-nın Mərkəzi Elmi Kitabxanası vasitəsilə xarici ölkələrin elmi müəssisələrinə, Beynəlxalq türk mədəniyyəti təşkilatına (TURKSOY) və Türk Dil Qurumuna göndərilir.

Jurnalı buradan oxuya bilərsiniz.

Baş redaktordan


J
urnalımız vaxtilə SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə nüfuzlu elmi orqan olan “Sovetskaya Turkologiya”nın elmi və mədəni ənənələrini davam etdirmək əzmindədir. Müxtəlif vaxtlarda jurnala başçılıq etmiş görkəmli alimlər – M.Şirəliyev, E.Tenişev, A.Axundov, T.Hacıyev bunun üçün əllərindən gələni etdilər. Bu gün qloballaşma dövrünün tələbi ilə jurnalın elmi məkanı genişlənməyə ehtiyac duyur. O, təkcə türkoloji dilçiliyin, folklorun çərçivəsinə sığmır. Oxucu jurnalda türkoloji dilçiliklə yanaşı, etnoqrafiyaya, fəlsəfəyə, tarixə, ədəbiyyata, mədəniyyətşünaslığa aid mətnlər görmək istəyir.

Faydalı linklər
 
 
 

 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013-2018.