AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
RƏYASƏT HEYƏTİ
TÜRKOLOGİYA

 
   

Baş səhifə

   
Baş redaktordan
Haqqımızda
Baş redaktor
Baş redaktorun müavinləri
Məsul katib
Redaksiya heyətinin üzvləri
Beynəlxalq məsləhətçilər
Mündəricat
Saylarımız
Nəşrə dair tələblər
Arxiv
Əlaqə
   
   
 
Flag Counter
 

27.2.2015

“Turkologiya” jurnalının növbəti sayı

2014-cü ilin aprel ayının 29-da “Turkologiya” jurnalının növbəti 2014-cü ilin 2-ci sayı çapdan çıxmışdır.
Bu sayda “Dilin strukturu və tarixi”, “Diskussiyalar və müzakirələr”, “Materiallar və məruzələr”, “Resenziyalar”, “Xronika” və “Nekroloq” rubrikaları yer almışdır. Burada Füzulinin mətn dili, Avrasiyanın qədim türk yazılı abidələri, terminologiya, Özbək Bayçuranın türkologiyada yeri, “Советская тюркология” və “Türkologiya”: ənənələr və müasirlik” mövzularında elmi araşdırmalar dərc edilmişdir.
A. Xayrullinanın “Qədim bolqarlar linqvistik, mədəni və tarixi kontekstdə” və R.Heydərovun “Dillərin inkişafında dil əlaqələrin rolu” adlı monoqrafiyalara rəy verilmişdir. Jurnalın “Xronika” rubrikasında Nəsimi ad. Dilçilik İnstitutunda “Beynəlxalq ana dili” mövzusunda keçirilmiş elmi sessiyasından məlumat verilmişdir.
Jurnalın bu sayının 50 nüsxəsi AMEA-nın Mərkəzi Elmi Kitabxanası vasitəsilə xarici ölkələrin elmi müəssisələrinə göndərilmişdir. Daha 30 ədədi Kalmıkıyanın Elista şəhərində keçirilmiş “Müasir monqolşünaslıq və altayşünaslığın aktual problemləri” adlı Beynəlxalq Konfrans iştirakçılarına paylanılmışdır. Eyni zamanda Beynəlxalq türk mədəniyyəti təşkilatına (“TURKSOY”a) və “Türk Dil Qurumuna” jurnalın redaksiyası tərəfindən nüsxələr göndərilmişdir.

 
 
Faydalı linklər
 
 
 
 
 
AXTARIŞ
© "Türkologiya" jurnalı. 2013.